Özbaşınalıq mərhələsinin astanasında olan Ermənistan

Son bir ildə Ermənistanda məhkəmələrə təzyiq artıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Alternativ Layihələr Qrupunun üzvü Elinar Vardanyan bu gün mütəşəkkil tematik müzakir zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistan ciddi hüquqi çətinliklərlə üz-üzədir. Hər gün Ermənistan Respublikasında repressiv hüquqi proseslərin getdiyinin şahidi oluruq, deyən E.Vardanyan Ermənistanda idarəetmədə repressiyaların indi reallığa çevrildiyini də etiraf edib.

Keçmiş deputatın sözlərinə görə, son bir ildə məhkəmələrə təzyiq artıb.

“Cinayət işlərinin uydurulması adi hala çevrilib. Bu, çox narahatlıq doğurur. Əgər ictimaiyyət səssiz qalarsa, biz hər gün daha çox qanuni özbaşınalıq mərhələsinə girəcəyik və Ermənistan bu özbaşınalıq mərhələsinin astanasındadır", deyə Elinar Vardanyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə