Gəncədə ictimai əlaqələr mövzusunda təlim keçirilib

Gəncədə ictimai əlaqələr mövzusunda təlim keçirilib
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Avropa Komissiyasının maliyyə dəstəyi, Kiprin Menecment Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə vətəndaş cəmiyyəti təşkilatları üçün "Kommunikasiya və İctimaiyyətlə Əlaqələr" mövzusunda təlimlərə başlayıb. SIA-nın məlumatına görə, təlimlərin təşkilində əsas məqsəd bölgələrdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarında ictimai əlaqələrin qurulması, eləcə də müxtəlif maraqlı tərəflərlə, dövlət qurumları, bələdiyyələr və digər qeyri-hökümət təşkilatları ilə əlaqələrin yaradılması mexanizmləri barədə məlumat verməkdir. Nəzərə çatdıraq ki, indiyə qədər təlimlərdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, qeyri-hökümət təşkilatlarının nümayəndələrinin iştirakı təmin olunub.

Ötən gün növbəti seminar Gəncədə keçirilib. Yerli vətəndaş cəmiyyəti təşkilatlarının və digər institutların nümayəndələrinin iştirak etdiyi təlimdə mövzuya dair təqdimatla yanaşı qrup işləri təşkil edilib. İctimaiyyətlə əlaqələrin qurulması sahəsində konkret təkliflər irəli sürülüb. İqtisadi və Sosial İnkişaf Mərkəzinin təcrübəsindən yararlanmaları üçün vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinə xüsusi materiallar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə