"Turk Şurasının görüşü əsasən kiçik və orta sahibkarlığın inkişafına həsr olunub" ÖZƏL-MÜNASİBƏT
"Azərbaycanda təsis olunmuş və getdikcə genişlənərək türkdilli dövlətlər şurasının əsas hədəfi bu birliyin gücləndirilməsi, möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsidir. Bu birlik fəaliyyət göstərdiyi illər ərzində ölkələrarası əməkdaşlığı inkişaf etdirərək iqtisadi siyasi və mədəni əlaqələri genişləndirib". Bunu SİA-ya millət vəkili Eldəniz Səlimov deyib.
Deputatın sözlərinə görə, Türkdilli Dövətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü əsasən kiçik və orta sahibkarlığın inkişafına həsr olunub: "Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də türkdilli dövlətlər arasında regional və beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsidir. Ölkəmiz türkdilli dövlətləri birləşdirən tarixi İpək Yolunun əsas coğrafi mövqeyində yerləşməklə bu ölkələrin Avropaya çıxışını təmin etmək məqsədilə bir sıra layihələr həyata keçirib. Bu layihələrin hamısı reallaşdıqca türkdilli dövlətlərin iqtisadiyyatına və əməkdaşlığına mühüm töhvə verəcək. Ölkələrarası əməkdaşlıq inkişaf etdikcə xalqlararası əməkdaşlığa çevrilir. Türkdilli Dövətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü müvafiq əməkdaşlıq sənədlərin imzalanması ilə başa çatıb".
Xatırladaq ki, ötən gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB