"Terrorizmə dəstək verən yeganə ölkə Ermənistandır" ÖZƏL-MÖVQE

“Prezident İlham Əliyev çox lazımlı yerdə, məhz MDB dövlət başçılarının iclasında Ermənistan baş naziri Nikol Paşinyanın tutarlı cavabını verdi”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, MDB-də yer alan bütün ölkələr faşizmə qarşı fəal şəkildə mübarizə aparıblar: “Dövlət başçısı iclasda Ermənistanı sözün həqiqi mənasında ifşa etdi. Reallıq budur ki, İkinci Dünya müharibəsi zamanı ermənilərin kifayət qədər ciddi bir hissəsi Almaniya nasistlərinin yanında yer alıb. Bu da o deməkdir ki, həmin dövrdə ermənilər sovetlərin tərkibində olan hər millətə qarşı savaşıblar. Bütün dünyanın faşizmə, terrorizmə qarşı mübarizə apardığı bir dönəmdə İrəvanın mərkəzi küçəsində faşist general Qaregin Njdeyə abidə ucaldılıb. Bu abidənin özü Ermənistanın apardığı təcavüzkar siyasətin ən bariz nümunəsidir. Njde müharibə ərəfəsində erməniləri faşizmə cəlb etməklə məşğul idi. O, Hitler ordusunun tərkibində ayrıca briqada yaradaraq Krım yarmadısının işğalında və Qafqaz uğrunda döyüşlərdə fəal iştirak edib. Bu gün Ermənistan hakimiyyəti Njdeyə abidə qoyaraq dövlət səviyyəsində faşizmə dəstək verdiyini ortaya qoyur”.

Z.Məmmədov bildirib ki, Ermənistanın istər Respublikaçılar Partiyasının, istərsə də Daşnaksütyunun simvolik rəmzləri Hitlerin faşist emblemləri ilə oxşarlıq təşkil edir: “Məhz bu məqam onu göstərir ki, Cənubi Qafqazda xaos yaradan, terrorizmə dəstək verən yeganə ölkə Ermənistandır. Maraqlısı odur ki, düşmən ölkədə rəhbərlikdə kimin olmasından asılı olmayaraq, İrəvan daim faşist siyasəti davam etdirir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə