İsa Qəmbərə “şivən” təhqiri YADİGAR SADIQLIDAN

İsa Qəmbərə “şivən” təhqiri YADİGAR SADIQLIDAN

Müsavat partiyasının bazar günü keçirilən qurultayından sonra başqanlığa namizəd olmuş Yadigar Sadıqlının siyasi təşkilatın sabiq başqanı, proseslərə müdaxilə edərək, Arif Hacılını yenidən saxtakarlıqlar yolu ilə başqan seçdirən İsa Qəmbərə qarşı ittihamları daha sərt xarakter alıb. SİA xəbər verir ki, “Facebook” sosial şəbəkəsində status yazan Y.Sadıqlı eks-başqanı şivən adlandırıb və vaxtilə Müsavat partiyasında funksionerlik etmiş, hazırda “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun artıq bir neçə gündür yazdığı ittihamının da nədənsə cavabsız qaldığını bildirib.

“Dünən qurultayda adını çəkmədiyim halda mənə cavab verməyə və qaldırdığı şüvənlə çıxışımın effektini öldürməyə çalışan İsa Qəmbər nədənsə 18 gündür Rauf Arifoğlunun bu boyda ittihamlarına cavab vermək istəmir”, deyə qeyd edən Y.Sadıqlı həmin statusu ilə istisna etməyib ki, sona qədər öz mübarizəsini aparacaq və Müsavat rəhbərliyindəki özbaşınalıqları, saxtakarlıqları və riyakarlıqları ifşa edəcək.

Qeyd edək ki, R.Arifoğlu Müsavat partiyasının sabiq başqanı və bu gün də onun ətrafında olanları onu öz şəxsi məqsədləri üçün xərclədiklərini, satdıqlarını, istifadə etdiklərini yazıb və İ.Qəmbərdən hesab sorub. Lakin onun sualları qarşı tərəfdən cavabsız qalıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə