Əyyaşlığın mədəniyyət hesab edildiyi Ermənistanda yeni tendensiya

Ermənistanda yeni bir tendensiya ortaya çıxıb və şərab sevənlərin sayı artır. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu bu gün Araqatsotn bölgəsində sərgi məhsulları ilə tanış olan baş nazir Nikol Pashinyan söyləyib.

“Bu şərab içmək Ermənistanda bir mədəniyyətə çevrilir. Bir insan bir kafeyə getdiyi zaman adətən kofe içirdi. İndi isə insanlar kafeyə gedir və şərab içir. Bu artıq adi hala çevrilməkdədir və bu, çox yaxşıdır”, deyə Nikol Paşinyan söyləyb.

Görünür, erməni baş nazir şərab içmə vərdişlərini, bəlkə də əyyaşlığı mədəniyyət hesab edib və bunu da öz ölkəsi üçün normal sayır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə