Türkiyə ordusu ilk şəhidini verdi SURIYADA

Türkiyə ordusu ilk şəhidini verdi SURIYADA

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal-şərqində “Sülh mənbəyi” adlı hərbi əməliyyatlarında ilk şəhidini verib. SİA türk mediasına istinadən xəbər verir ki, Türkiyə hərbçisinin həlak olması məlumatını müdafiə naziri Hülusi Akar verib. O, əlavə edib ki, türk hərbçisi oktyabrın 10-da PKK terror təşkilatı ilə qarşıdurmada həyatını itirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə