"Azərbaycan Aİ-nin tərəfdaşı kimi özünü doğruldub" Kestutis Yankauskas
"Azərbaycan tərəfdaş kimi özünü doğruldub. Son illərdə Avropa İttifaqı Azərbaycan arasında əməkdaşlıq bütün sahələri əhatə edib". SİA-nın xəbərinə görə, bunu Aİ-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Şərq tərəfdaşlığının gələcəyi" mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.
Avropa İttifaqının Azərbaycanla təhsil, səhiyyə, regionların inkişafı, gender bərabərliyi məsələləri üzrə əməkdaşlıq etdiyinu deyən qurum rəsmisi söyləyib ki, bütün işlər xalqlar naminə görülür: "Son iki ildə böyük təşəbbüslər var. Azərbaycan tvininq təşəbbüslərinə görə öndə gedir. Qarşıya qoyulan məqsəd Avropa Komissiyasının tərkibi formalaşdırılmasıdır. Azərbaycanla gələcək əməkdaşlığımız haqqında danışmağın vaxtıdır. Azərbaycan bu prosesə hansı töhfəsi verməyə hazırdır? Bu haqda müzakirələr aparılacaq. Çəkinmədən düşündüklərinizi, ağlınızda olan fikirləriniz varsa bizə dəyərsiz. Gələcəklə bağlı üfuqləri dəyərləndirməliyik".
Siyasətin formalaşdırılması işimizin yaxşı qurulmasını nəzərədə tuturuq. Avropa Komissiyasından Brüsseldən nümayəndə heyəti qoşulub. O sizə yeniliklər haqqında məlumat verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB