“AXCP siyasi baxımdan fiaskoya uğramış bir təşkilatdır” RƏY-ÖZƏL

“AXCP siyasi baxımdan fiaskoya uğramış bir təşkilatdır” RƏY-ÖZƏL

“Bu gün AXCP deyilən o təşkilatda gedən qarşıdurmalar, istefalar gözləniləndir”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, çünki bu partiya çoxdan demokratiyadan uzaqlaşıb: “Demək olar ki, adı çəkilən partiya bir şəxsin diktaturasına çevrilibdir. AXCP daxilində aparılan düzgün olmayan siyasətin nəticəsində o partiya daxilində olan şəxslərin hamısı dağılıb gediblər. Bir sözlə, bu gün AXCP daxilində Əli Kərimlindən və onun yaxın çevrəsindən başqa heç kəs qalmayıb və o qalanları da barmaqla saymaq olar. Bu gün isə adı çəkilən partiya daxilində davam edən atmosferin davam etməsi yenə də bu partiyanın dağılacağından xəbər verir. Bir sözlə, həmin partiya daxilində baş verən bu istefalar yenə də davam edəcək və daha da dərinləşəcək. Ümumiyyətlə, AXCP siyasi baxımdan fiaskoya uğramış bir təşkilatdır. Artıq uzun illərdir ki, AXCP müxalifətdədir, amma bu illər ərzində bu təşkilat Ə.Kərimlinin səhv siyasətinin nəticəsi olaraq uğursuzluqlara düçar olmaqdadır. Demək olar ki, müxalifət düşərgəsini təmsil edən bu şəxslər ölkədə keçirilən bütün seçkilərdə məğlubiyyətlə üzləşiblər. Bu bir daha onu göstərir ki, xalq bu qüvvələri istəmir və dəstəkləmir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə