Ruslar türklərə qahmar çıxdılar
“Türkiyə təhdidlərin təsiri altında siyasətini dəyişdirməyəcək”. SİA xəbər verir ki, bu fikirləri Türkiyənin vitse-prezidenti Fuat Oktay ABŞ prezidenti Donald Trampın Türkiyə iqtisadiyyatını məhv edəcəyini təhdid edən bəyanatına cavab olaraq bildirib.
Belə ki, Tramp özünün “Twitter” səhifəsində Türkiyə iqtisadiyyatını məhv edəcəyi ilə bağlı təhdid ünvanlayıb və onun sözlərinə görə, əgər rəsmi Ankara imkanından artıq sərhədləri aşarsa o bu addımı atmalı olacaq. Trampa görə Türkiyə, Avropa və digər ölkələr həbs edilmiş “İŞİD” döyüşçülərinə və ailələrinə də diqqət yetirməlidirlər.
Fuat Oktay: “Özümüz yolumuzu təyin edəcəyik və uyğun olduqda göbəyi də özümüz kəsəcəyik”
Məhz bu fikir Türkiyə tərəfinin hiddətinə səbəb olub və Fuat Oktay qeyd edib ki, Türkiyənin beynəlxalq ictimaiyyətə ismarıcı dəqiq, həm də aydındır: “Türkiyə təhdidlərin təsiri altında hərəkət edən bir ölkə deyil. Özümüz yolumuzu təyin edəcəyik və uyğun olduqda göbəyi də özümüz kəsəcəyik. Nəyin bahasına olursa-olsun, sərhədlərimiz yaxınlığında terror dəhlizinin yaradılmasına imkan verməyəcəyik. Sərhədlərimizin əmin-amanlığını və suriyalı qardaşlarımızın gələcəyini təmin etmək üçün, eləcə də Suriyanın ərazi bütövlüyü və siyasi birliyi ilə bağlı mövqeyimiz dəyişməz qalacaq ".
Türkiyəli vitse-prezidentin sözlərinə görə, 370 min suriyalı qaçqın artıq Türkiyənin "Fərat Qalxanı" və "Zeytun budağı" əməliyyatlarının keçirildiyi Suriyanın şimal-qərbindəki bölgələrə evlərinə geri dönüblər. "İndi Fərat çayının şərqində təhlükəsizlik zonası yaratmağın növbəsidir. Türkiyə ölkəmizi cənub sərhədlərindən təhdid edən terrorçuların yerini tutacaq və suriyalı qaçqınların doğma yurdlarına qayıtmalarını da asanlaşdıracaq", deyə o bəyan edib.
Diqqətçəkici məqamlardan biri də budur ki, ABŞ prezidentinin məlum bəyanatından sonra Türkiyənin mövqeyini müdafiə edən tərəflərdən biri məhz Rusiya oldu...
Sergey Jeleznyak: “ABŞ-ın bu cür “dialoq" üsulları müasir dünyada qəbuledilməzdir”
Belə ki, Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskova görə, Donald Trampın Rusiya ilə münasibətlərini normallaşdırması cəhdi gerçəkliklə üst-üstə düşmür və ayrılır. “Təəssüf ki, bu belədir”, deyə Peskovun sözlərini Rusiyanın Ria-Novosti saytı yayıb.
Rusiyanın Dövlət Dumasının Xarici İşlər Komitəsinin üzvü Sergey Jeleznyak ABŞ Prezidenti Donald Trampın Türkiyə ilə bağlı dediklərini qanunsuz bir təhdid adlandırıb və əlavə edib ki, belə "dialoq" yolverilməzdir.
"ABŞ rəhbərliyinin Ankaranın Suriya ilə şimal-şərq sərhədində təhlükəsizlik zonası yaratmaq niyyəti ilə əlaqədar Türkiyəyə qarşı təhdidləri qanunsuzdur və ölkə rəhbərliyinə təzyiq göstərmək məqsədi daşıyır. Rusiyada həmişə beynəlxalq işlərin aparılması istiqamətində bu cür metodlara mənfi münasibət göstərir və konstruktiv dialoqa çağırır.", Jeleznyakın mətbuat xidmətindən sitat gətirilir.
O, Rusiyanın Türkiyə və İranla Suriya probleminin həlli üçün əldə edilən razılaşmalara açıq şəkildə əməl etdiyini, buna görə Suriyanın ərazi bütövlüyünün və dövlətçiliyinin qeyd-şərtsiz qorunmasının zəruri olduğunu qeyd edib.
"Bütün dünya bir daha ABŞ-ın suveren ölkələrə necə münasibət bəslədiyini, beynəlxalq hüquqa etinasız yanaşdığını və NATO tərəfdaşının milli iqtisadiyyatının məhv edilməsini, açıq şəkildə təhdidlərini müşahidə edir. Bu cür “dialoq" üsulları müasir dünyada qəbuledilməzdir və Vaşinqtonla Ankara arasındakı onsuz da çətin olan münasibətlərə mənfi təsir göstərəcəkdir. ", Rusiya Dumasının deputatı deyib.
Ruslan Balbek: “Onlar müsəlman dünyası ölkələrinə öz iradələrini tətbiq edə bilmədilər”
Dumanın Krımdan olan deputatı Ruslan Balbek də deyib ki, Trampın bəyanatı “quduz feodalizm” aktıdır."Smokinqli cənab "səlib yürüşü "ilə təhdidlər edir”, deyən rusiyalı deputat səlibçilərinin sonunun necə olduğunu da xatırlatmağı tövsiyə edib: “Hamımız xatırlayırıq ki, səlibçilərin taleyi necə başa çatdı – onlar müsəlman dünyası ölkələrinə öz iradələrini tətbiq edə bilmədilər. Nə o zaman, nə də indi Rusiyada... Türkiyədəki insanlar özünü dünyanın ağası olduğunu xəyal edən biri arxasında əyilmək istəmirlər”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB