Ölkədəki dözümsüzlük və nifrət mühiti artıq təhlükəli həddə çatıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan Jurnalistlər Birliyinin sədri Satik Seyranyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Məlumatda qeyd olunur ki, Ermənistan Jurnalistlər Birliyi hakimiyyətdən və müxalif siyasi qüvvələrdən bəyanatlar vermələrini və tərəfdarlarını müxaliflərə qarşı təmkinli, dözümlü olmağa, habelə hüquq mühafizə orqanlarını hayeli.am redaksiyasının ərazisində baş verən hadisəni araşdırmağı və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb. Onlar xüsusilə vurğulayıblar ki, nifrət mühiti Ermənistanda təhlükəli həddədir və belə davam edərsə, böyük faciələr qaçılmazdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB