Ermənistanda Ayeli Mətbuat Klubuna hücum hadisəsi qətiyyətlə pislənilir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, keçmiş jurnalist və Ermənistanın hazırkı parlamentinin deputatı olan İveta Tonoyan Ayeli Mətbuat Klubuna (Zerkalo) edilən hücum hadisəsini qətiliklə qınayır.
“Mediaya edilən hücum heç bir şəkildə əsaslandırıla bilməz. Söz azadlığı və media azadlığı hüququnun alternativi yoxdur. Hüquq-mühafizə orqanları bu hərəkətlərə mümkün qədər tez reaksiya verməli, günahkarlar müəyyən olunmalı və müvafiq qaydada cəzalandırılmalıdır "deyə İveta Tonoyan bildirib.
Xatırladaq ki, oktyabrın 5-də bir neçə gənc Ayeli Mətbuat Klubunun redaksiya heyətinə hücum ediblər. Mətbuat klubunun qapılarına yumurta atıblar və qapılara plakatlarla yapışdıraraq medianın bağlanmasını tələb ediblər.
Göründüyü kimi, Ermənistanın yeni hakimiyyətinin pafoslu çıxışlarının, populizminin, söz, mətbuat azadlığı, plüralizm, demokratiya barədə bəzəkli sözlərinin fonunda bu ölkədə mətbuata basqınlar edilir. İndi söz azadlığına erməni təzyiqi göz qabağındadır və Ermənistanda heç bir nəşr bu təzyiqlərdən sığortalanmayıb. Ermənistanın yeni hakimiyyətinə qarşı, daha doğrusu həqiqəti ifadə edən bir söz belə yazan nəşrin bu hadisə ilə rastlaşacağını təkzib etmək mümkün deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB