“Bu ölkədə qanun yalnız seçilənlər üçün fəaliyyət göstərir” Narek Malyan
Ermənistanın “Veto” hərbi-ictimai hərəkatının təsisçisi Narek Malyan “Facebook” sosial şəbəkəsindəki səhifəsində xatırladıb ki, bu ilin martında ona edilən hücum törədənlər hələ də bu əməllərinə görə cəza almayıblar. Video da yerləşdirən Malyan qeyd edib ki, ona hücüm edənlər sorosçulardırlar.
“Hazırkı günə qədər yayımlanmamış videoyazı sübut edir ki, cari ilin 3 mart tarixindən 4 mart tarixinə keçən saatlarda sorosçular tərəfindən təşkil edilən hücumda məni oğurlamaq cəhdi olub”, yazan N.Malyan həmçinin bildirib ki, hazırkı vaxta qədər heç bir hüqiq-müfafiə təşkilatı rəsmi olaraq həmin cinayəti pisləməyib: “Soros ofisinin muzdlu humanistlərinə əmr verilib ki, onlar sussunlar. Bütün bu dövr ərzində parlamentin insan hüquqları üzrə daimi komissiyası da susub. Demək istəyirəm ki, bizim ölkədə qanun yalnız seçilənlər üçün fəaliyyət göstərir. Hüquq müdafiəçiləri isə həqiqətə qalanda, insan hüquqlarını deyil, öz qrup və dərilərinin maraqlarını güdürlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB