Honkonqda hökumət əleyhinə növbəti aksiyaların keçiriləcəyi gözlənilir
Bu gün Honkonqda hökumət əleyhinə növbəti aksiyaların keçiriləcəyi gözlənilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu gün keçiriləcək aksiyanın daha kütləvi olacağı proqnozlaşdırılır.
Bu arada dünən aksiyalar zamanı bir neçə metrostansiya hücuma və dağıntıya məruz qaldığı üçün fəaliyyətini dayandırmış metro da fəaliyyətini bərpa edib. Metro qatarları bu gün ənənəvi iş saatından 3 saat az, saat 21.00-a qədər hərəkətdə olacaq. Bəzi metrostansiyalar da təmirlə əlaqədar açılmayıb.
Qeyd edək ki, Honkonqda etiraz aksiyaları iyunda başlayıb və artıq 5 aydır ki, davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB