Bakalavrların magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı heç bir müraciətinə baxılmayacaq

Bakalavrların magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı heç bir müraciətinə baxılmayacaq
Bu gün ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının birinci mərhələsinin nəticələri ilə əlaqədar müraciətləri araşdıran Appelyasiya Komissiyası fəaliyyətini yekunlaşdırıb. Bu barədə SİA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə məlumat verib. O bildirib ki, fevralın 23-dən etibarən başlayan Appelyasiya Komissiyalarına 39 nəfər müraciət edib. Bütün müraciətlərin araşdırılaraq cavablandırıldığını deyən E.Nağızadə vurğulayıb ki, təyin edilmiş müddət bitdiyi üçün bundan sonra bakalavrların magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı heç bir müraciətinə baxılmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə