İnvestisiya mövzusu Ermənistan hakimiyyəti üçün ən ağrılı mövzulardan biridir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Qəzet, Ermənistan hakimiyyəti üçün investisiya mövzusunun ən ağrılı mövzu olduğunu yazır. Yazıda qeyd olunur ki, bu ölkədə Paşinyan investisiya bumu vəd etsə də, əslində investisiyaların həcmi faktiki olaraq azalıb.
Nəşrin yazdığına görə, hələ ABŞ-a səfərindən əvvəl, Nikol Paşinyan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, Ermənistan üçün əhəmiyyətli ölkələrdə akkreditə olunmuş diplomatik korpusun əsas nümayəndələri, səfirləri ilə geniş tərkibdə qapalı görüş keçirib və görüş zamanı baş nazir qəzəbini gizlədə bilməyib. Mənbənin məlumatına görə, Paşinyan diplomatik siyasətə cavabdeh şəxsləri tam hərəkətsizlikdə ittiham edərək çox kəskin və kobud şəkildə danlayıb.
Qəzet yazır ki, erməni baş nazir Aİ-nin Ermənistandakı nümayəndəsindən, Ermənistanın Rusiyadakı, ABŞ-dakı, Çindəki səfirlərindən narazı olduğunu gizlətməyib və bildirib ki, bu nəhəng dövlətlər Ermənistanda böyük məbləğdə sərmayə qoymaq məsələsində maraqlı olmalıdırlar, əks halda sizə nə ehtiyac var?.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB