“Mənim addımım” partiyası Milli Təhlükəsizlik Şurasına yeni direktor axtarır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazır.
"Qraparak" qəzeti öz mənbələrinə istinadən yazır ki, son günlərdə "Mənim addımım" partiyası Milli Təhlükəsizlik Şurasının müvəqqəti direktoru Eduard Martirosyana etibar etmədiyi üçün Milli Təhlükəsizlik Şurasına yeni direktor axtarması barədə xəbər yayılıb. Mənbənin məlumatına görə Eduard Martirosyan Vanesyanın kardı hesab olunur və Ermənistan hakimiyyəti məhz bu səbəbdən də onun uzaqlaşdırılması, başqası ilə əvəz olunması barədə fikirləşir.
Məlumata əsasən, namizədlər arasında "Mənim addımım" parlament fraksiyasının katibi Akob Simidyanın adı var və onun artıq bu vəzifəyə təyin olunmasına hazırlaşılır, hətta təlimlər də keçilir.
Qəzet həmçinin yazır ki, bir neçə ay əvvələ qədər bu məlumatı ciddi qəbul etməzdik, çünki bu mümkünsüz görünürdü, amma siyasi dairələrin nümayəndələrinin güc strukturlarına vəzifələrə təyin olunması ilə bağlı qanun artıq ilk oxunuşda qəbul edildi və tezliklə təsdiqlənəcək. Ona görə də bu tamamilə mümkündür. Xüsusilə, Paşinyanın ona sadiq adamlara vəzifə verdiyinə istinadən demək olar ki, bunun mümkün olmasına şübhə yeri qalmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB