Yeni Zellandiyada zəlzələ qurbanlarının sayı artır

Yeni Zellandiyada zəlzələ qurbanlarının sayı artır

22 fevral 2011-ci il tarixində Yeni Zellandiyanın Kraystçörç şəhəri yaxınlığında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 6,3 bal gücündə qeydə alınmış zəlzələ 113 nəfərin ölümünə səbəb olub. Təxminən, 200 nəfər itkin düşmüş hesab olunur. İtkin düşənlərin arasında 24 Yaponiya, 21 Çin, 12 Filippin vətəndaşının da olduğu qeyd olunur. Dağıntılar altından 70 nəfər xilasedicilər tərəfindən xilas edilib.

 

Hadisə ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edilib. Böyük Britaniya, Avstraliya, ABŞ, Yaponiya, Çin, Sinqapur və bir neçə digər ölkənin müvafiq qüvvələri ərazidə aparılan axtarış-xilasetmə işlərinə qoşulub. Hazırda hadisə bölgəsində axtarış-xilasetmə işləri və müvafiq tədbirlərin görülməsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə