Ermənistanın əhalisi günü-gündən azalır

Ermənistanın əhalisi günü-gündən azalır

Son 28 il ərzində Ermənistan əhalisinin dörddə biri azalıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistan Milli Statistika Komitəsinin demoqrafiya və statistika şöbəsinin müdiri Karine Kuyumcyan deyib.
Onun sözlərinə görə, 1991-ci ildən 2019-cu ilədək Ermənistanın əhalisi təxminən 17% azalıb.
“1991-ci ildə Ermənistanın əhalisi 3,5 milyon, 2019-cu ilin yanvarında 2 milyon 965 min nəfər olub bu da 17% azalma deməkdir. Lori bölgəsində əhali 42%, Şirakda 30%, Vayots-Dzor bölgəsində isə 20% azalma qeydə alınıb", deyə Karine Kuyumcyan bildirib.
Xatırladaq ki, bir müddət əvvəl, 1 aprel 2019-cu il tarixində rusarminfo.az, Ermənistanda daimi yaşayan insanların sayının il ərzində 7,8 min nəfər azalaraq 2 milyon 962,1 nəfər olduğunu bildirib.
Göründüyü kimi, Ermənistanın əhalisi günü-gündən azalır. Bu isə ölkədə problemlərin mövcudluğundan, həmin problemlərin durmadan artdığından və yaşayış üçün bu ölkənin yararsız olduğundan xəbər verir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə