"Müasir Azərbaycan dövlətinin yaradıcısı Ulu Öndər Heydər Əliyevdir" ÖZƏL-MÜNASİBƏT

"Müasir Azərbaycan dövlətinin yaradıcısı Ulu Öndər Heydər Əliyevdir" ÖZƏL-MÜNASİBƏT

Uliu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan üçün yeni bir həyat tərzi oldu. SİA-ya açıqlanasında bunu Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü, Professor Vəli Əliyev deyib.

Professor qeyd edib ki, Sovetlər Birliyi dağılandan sonra bütün SSRİ məkanında olan ölkələrdə olduğu kimi Azərbaycanda da bir gərgin vəziyyət yaranmışdı, yəni, xaos və xaotik vəziyyət hökm sürürdü.
“Özlərinə partiya deyən müəyyən kiçik qurumlar respublikanın dirçəlişi üçün fəaliyyət göstərmək əvəzinə respublikanın ayrı-ayrı regionlarında , o cümlədən Bakıda çox böyük narahatçılıq yaratmışdılar. Bir sözlə, respublikada sabit həyat tərzi, stabillik yox idi. Bu zamanlarda Ulu Öndər Heydər Əliyevin ilk növbədə Naxçıvana gəlməsi və orada göstərdiyi fəaliyyət gərgin təhlükə qarşısında olan Naxçıvanı çətin durumdan çıxardı. Ümummilli Lider Naxçıvanı xilas etdi və qayıdışdan sonra onun siyasi gücünü, bacarığını respublikanın ayrı-ayrı regonlarında gördülər və başa düşdülər. Heydər Əliyevin siyasi qüdrəti ondan ibarət idi ki, daxildə, ölkə daxilində hər şeydən əvvəl sabitlik yaratmaq lazımdır.

Ayrı-ayrı rayonlarda, məsələn cənub bölgəsində adamlar peyda olmuşdular və istəyirdilər ki, prezident seçilsinlər, dövlət idarə eləsinlər. Ölkədə elə bir vəziyyət yaranmışdı ki, Azərbaycan doğrudan da parçalana, məhv ola bilərdi. Biz öz milyon illik var olan vətənimizin varlığını itirə bilərdik. Ancaq Ulu Öndər onları başa saldı ki, prezidentin kim olmasından asılı olmayaraq ölkənin, xalqın vəhdətini bir yerdə birləşdirməyə ehtiyac var. Ümummilli Liderə olan inam nəticəsində qısa müddətdə Azərbaycanın ən ucqar bölgələrindən tutmuş mərkəzi Bakımıza qədər xalq arasında möhkəm bir birlik yarandı. İctimai-siyasi birlik yarandı ki, bunun əsasında Ümummilli Lider prezident seçildi və seçkidən sonra o arzuladığı Azərbaycanı yenidən qurdu, yeni Azərbaycan dövləti yaratdı.

Bəli, bu gün bizim yaşadığımız, indiki firavan həyat tərzi keçirdiyimiz yeni Azərbaycanımız, cümhuriyyət dövründə arzulanan Azərbaycan dövlətçiliyi o vaxt bilirik ki, baş tutmadı. Ancaq bu fikri, bu yeni Azərbaycan dövlətçiliyinin yaradıcısı məhz Ulu Öndər Heydər Əliyev oldu. O, özündən əvvəlki nəsillərin ənənələrini çox gözəl bildiyi üçün və dövləti, dövlətçiliyi necə saxlamaq olduğunu yaxşı bildiyi üçün yeni Azərbaycan dövlətini yaratdı. Onun gəlişi ilə qısa bir müddətdə Yeni Azərbaycan Partiyası ətrafında Azərbaycanı sevən, qədrini bilən, azərbaycançılıq, türkçülük nə olduğunu anlayan insanlar Heydər Əliyev ideyaları uğrunda birləşdilər. Hətta yanlış yolda olan bəzi qurumlar var idi ki, onlar da yanlışlıqlarını anladılar və dərk etdilər ki, Ulu Öndərin məsləhəti ata-babalardan gəlmə bir dəyərli məsləhətdir və buna görə də Heydər Əliyevin ətrafında möhkəm birləşdilər.

Bu gün göz qabağındadır ki, bütün dünyada Azərbaycanı Ümummilli Lider Heydər Əliyev tanıtdı. Hakimiyyətə gəldiyi dövrdən etibarən o ikinci bir mühüm addım atdı. Azərbaycanın xarici siyasətində necə iş görmək lazım olduğunu müəyyənləşdirdi. Özü fərdi olaraq bir prezident kimi dünyanı gəzdi, Azərbaycan nədir, necə dövlətdir, onun xalqı, mədəniyyəti, mənəviyyatı, onun beynəlmiləl miqyasda arzuları nədir bütün dünyaya tanıtdı. Amerika Birləşmiş Ştatlarından tutmuş, Yaponiya, Çin, Hindistan və başqa bütün ölkələrdə Heydər Əliyev hamıya bu barədə anlatdı və dünyanın ən qüdrətli dövlətləri Azərbaycanı sözün əsl mənasında geniş mənada tanıdılar və dünya coğrafiyasında Azərbaycanın qüdrətli, çox böyük gələcəyi olan bir dövlət olduğunu, Azərbaycan xalqının dünya xalqlarına dostluq, sülh arzulayan bir xalq olduğunu tanıtdı. Bunun əsasında da bu gün məktəblərimiz, ali məktəblərimiz, tibb sahəmiz, xüsuilə iqtisadiyyatımız elə bir pilləyə qalxdı ki, bu pillənin qarşısını artıq heç kəs ala bilməz. Heydər Əliyevin atdığı ən mühüm addımlardan biri də Azərbaycan iqtisadiyyatını müasir dünya səviyyəsinə, yüksək səviyyədə inkişaf etmiş kapitalist ölkələrinin iqtisadiyyatının səviyyəsinə qaldırmaq idi. Heydər Əliyev bu məsələyə də nail ola bildi. Özü də çox yüksək səviyyədə nail oldu. Onun nail olmasının biz canlı şahidiyik. Əgər neft və qaz kəmərləri kimi beynəlxalq layihələr barədə plan irəli sürülməsəydi biz bu gün sürətlə dünyaya doğru gedə bilməzdik. Məhz Heydər Əliyev Bakı neftinin təkcə azərbaycanlılara yox, dünya xalqlalrına da faydalı olacağını sübuta yetirdi, onun Azırbaycanın dünya xalqlarına inteqrasiya olması və bu inteqrasiyada yüksək mövqedə durmasını sübuta yetirdi”, deyə Professor Vəli Əliyev bildirib.

Professor xüsuilə vurğulayıb ki, bu gün də bizim İlham Əliyev kimi çox güclü, qüdrətli Prezidentimiz var.
“Heydər Əliyev məktəbini keçmiş, onun ideyalarını ləyaqətlə davam etdirən İlham Əliyev Heydər Əliyevin bizim qarşımızda qoyduğu layihələri bir-bir yerinə yetirməklə, bu gün artıq sübut etdi ki, doğrudan da Azərbaycan dünyanın dörd istiqamətində əlaqə yaradan mühüm bir dəhlizdir.

Bu gün Ümummilli Liderin idayaları Azərbaycanı yaşadır, deməli, o özü yaşayır. Onun ideyaları Cənab Prezident İlham Əliyev tərəfindən, vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən çox düzgün istiqamətdə davam etdirilir”, deyə V.Əliyev vurğulayıb.

Professor Vəli Əliyev sonda qeyd edib ki, məhz Heydər Əliyevin qayıdışı azərbaycan xalqının milyon illik böyük tarixi, mədəniyyəti, milli mənəviyyatının yenidən həyata qayıdışı və yenidən təkamülü, eyni zamanda gələcəyə doğru yüksələn inkişafda dinamikasını təmin etdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə