Ermənistan hakimiyyəti islahatçı belə deyilsə, inqlabi sistemdən söhbət belə gedə bilməz. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu "Armnews" telekanalının proqramında Milli Özünü Təyinetmə Birliyinin lideri Paruyr Ayrikyan deyib.
O, vurğulayıb ki, baş verən hadisələri inqlab adlandıranlar əvvəlcə əsas qanuna - Konstitusiyaya müraciət etməlidirlər.
"Ən vacib Konstitusiyadır, lakin bunlar özləri prioritet hesab olundular və diqqət mərkəzində indi məhkəmə prosesləridir", deyə o bildirib.
Ayrikyanın fikrincə, ədalətliliyə laqeyd qalmamalı, günahsızlıq prezumpsiyasına tam riayət edilməlidir.
“İnqilab rəhbərliyin dəyişdirilməsi deməkdir. Yalnız inamsız və cahil insanlar üçün inqilab bu vacib məsələni kənara qoyur. Bu sistemlə yaşayanlar üçün hansı inqlabdan söhbət gedə bilər? Bir islahatçı belə olmayanın inqlabi sistemi ola bilməz. Parlament sistemi cahillərin ən sevdiyi sistemdir", deyə Özünü Təyinetmə Birliyinin lideri bəyan edib.
Paruyr Ayrikyanın fikrincə, mövcud seçki sistemi utancverici və bir vətəndaşa qarşı qəddarlıqdır ki, hakimiyyət bu seçki qanununun lehinə idi.
Özünü Təyinetmə Birliyinin liderinin fikrincə, əks-inqilabçı və sui-qəsdçilərin axtarışı çaxnaşmalı bir yanaşmadır.
Ayrikyan onu da xatırladıb ki, xarici siyasətlə bağlı əvvəlki çıxışlarına görə o Paşinyanı “pafoslu və boş” adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB