"Ulu Öndərin Azərbaycançılıq məfkurəsi öz müsbət nəticələrini verməkdədir" - RƏY - ÖZƏL

"Ulu Öndərin Azərbaycançılıq məfkurəsi öz müsbət nəticələrini verməkdədir" - RƏY - ÖZƏL

“Bugün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda gənclər siyasəti mütəmadi və dövrün tələbinə uyğun olaraq dəyişir, inkişaf edir. Burda əsas məqsəd Azərbaycan gəncliyinin məşğulluğunun, ölkəmizin ictimai-siyasi həyatında daha fəal iştirakının təmin olunması ilə bağlı məsələlərdir. Düşünün ki, dövlət gənclər siyasəti ilə bağlı strategiya qəbul edir. Uzunmüddətli hesablanmış tədbirlər planının həyata keçirilməsi nəzərdə tutulur. Bu gün Azərbaycanda gənclər strategiyasının qəbul olunmasından başqa onun icra mexanizmləri də çox düzgün həyata keçirilir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

Gənclər Birliyinin sədri bildirib ki, Azərbaycanın bir çox regionlarında gənclər mərkəzi tikilir: "Əvvəllər gənclərlə bağlı keçirilən tədbirlərdə biz ancaq paytaxt gənclərini misal çəkə bilərdik. Artıq Azərbaycanın regionları o qədər inkişaf edib ki, gənclər strategiyasında nəzərdə tutulan tədbirlər regionlarda da yüksək səviyyədə keçirilir. Biz artıq paytaxt gəncləri ilə region gəncləri arasında körpü yaratmışıq. Bu da düzgün həyata keçirilmiş dövlət siyasətinin nəticəsidir. Azərbaycanın regionlarındakı infrastruktur orada tədbirlərin mütəmadi keçirilməsinə imkan yaradır. Bu gün gəncliyimiz xoşbəxtdir ki, Azərbaycanın ən ucqar rayonunda belə biz 2-3 min nəfərlik tədbir keçirmək potensialına malikik. Bunu 15-20 il bundan qabaq etmək mümkün deyildi. Planlasaq belə bu yalnız paytaxtda mümkün olardı. Bu dövlətin apardığı gənclər siyasətinin nəticəsidir".

S.Orucov qeyd edib ki, bu gün gənclərlə bağlı qəbul olunmuş həmin strategiyanın əlaqələndirmə şurasının iclasına yığışmışıq: "Əvvəllər Azərbaycanın gənclər siyasətini Qafqaz xalqları ilə əlaqələndirib, müqayisə edirdiksə, bu gün artıq Avropa dövlətləri ilə müqayisə edə bilərik. Azərbaycan gənclər siyasətinin necə həyata keçirilməsini bir zamanlar Avropadan öyrənib həyata keçirməyə çalışırdısa, indi Azərbaycan özü bu siyasətdə məktəb rolunu oynayır. Bu o deməkdir ki, Ulu Öndərin Azərbaycançılıq məfkurəsi, həyata keçirdiyi siyasət öz müsbət nəticələrini verməkdədir. Və bu gün aparılan gənclər siyasəti cənab Prezidentimiz və vitse Prezidentimizin gənclərə olan diqqət və qayğısıdır".

Aysel MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə