Vyanada vəfat edən Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsmayılovun cənazəsi dəfn olunmaq üçün bir müddət öncə Vyana-Bakı aviareysi ilə ölkəmizə gətirilib. SİA-nın xəbərinə görə, onunla vida mərsimi sabah saat 12:00-dan 15:00-də Təzəpir məscidində təşkil olunacaq.
Qeyd edək ki, Fuad İsmayılov 1968-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin məzunudur. "Assa–İradə" Azərbaycan Müstəqil İnformasiya Agentliyində əmək fəaliyyətinə başlayıb. 1992-1995-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının xarici əlaqələr şöbəsində, 1998-2005-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci il martın 7-də Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Səmərəli fəaliyyətinə görə 2009-cu ildə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı ilə təltif olunub. Uzun sürən xəstəlikdən əziyyət çəkən diplomat fevralın 23-də Vyanada vəfat edib. O, həmçinin Slovakiya, Sloveniya, ATƏT, BMT-nin Vyana bölməsində akkreditə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB