Paşinyan keçmiş hakimiyyətə “qılınc çəkmək” niyyətindədir

Paşinyan keçmiş hakimiyyətə “qılınc çəkmək” niyyətindədir

Ermənistanda yaxın vaxtlarda cinayət işlərinin sürətlə artacağı gözlənilir. SİA Ermənistana məxsus aysor.am saytında yayılan məlumata istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazır.

“Qraparak” qəzeti öz mənbələrinə istinadən yazır ki, yaxın vaxtlarda Ermənistanda cinayət işlərinin qızışması, daha da artacağı gözlənilir. Nəşr qeyd edir ki, ABŞ-dan qayıtdıqdan sonra Nikol Paşinyanın “qılınc götürəcək” keçmiş hakimiyyət nümayəndələrini təqib etməyə başlayacağı gözlənilir. Bir sözlə, Paşinyan keçmiş hakimiyyət nümayəndələrinə qılınc çəkmək niyyətindədir.

Qəzetin yazdığına görə, bu məsələdə məqsəd onların həbsxanalara səlınması deyil və bunun üçün Paşinyan və onun komandasında kifayət qədər dəlil də yoxdur. Nəşrin yazdığına görə, Ermənistan hakimiyyətinin, onun baş nazirinin məqsədi məxməri inqlabdan narazı olanları “məmnun” etməkdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə