“Joxovurd”: “Ermnistan hakimiyyəti qohumlar, dost-tanışlar arasında bölüşdürülüb”

“Joxovurd”: “Ermnistan hakimiyyəti qohumlar, dost-tanışlar arasında bölüşdürülüb”

Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdə qohumbazlıq, tanış, dost prinsipinin problem olması barədə fikirləri erməni mətbuatına ona qarşı çevrilib. Belə ki, “Joxovurd” qəzetinin yazdığına görə, baş nazirin qohumu Sipan Paşinyan, arvadı Anna Akopyanın qardaşı Qraç Akopyanla yanaşı, adıçəkilən nəşrin diqqətini digər məsələlər də çəkib. Belə ki, hətta Paşinyanın qohumlarından başqa, onun dotr-tanışları da icraedici və qanunverici hakimiyyət strukturlarında təmsil olunmaqdadırlar.

O cümlədən, onun hökumətinin digər üzvləri də hakimiyyətdaxili mövqelərini həmin vasitə ilə tənzimləyirlər.

“Parlamentin vitse-spikeri Lena Nazaryanla dövlət mülklərinin idarə olunması idarəsinin rəisi Narek Babayan ər-arvaddırlar. “Mənim addımım” fraksiyasının təmsilçisi və İrəvanın ağsaqqallar şurasının üzvü, hər kəsin qulağını dişləyib-qoparacağı hədəsini səsləndirən Navard Vardanyan həmin fraksiyanın digər təmsilçisi Sovinar Vardanyanın bacısıdır. Parlamentin “Mənim addımım” fraksiyasının deputatı Rapsime Qriqoryanın əri David Karapetyan parlamentin spikeri Ararat Mirzoyanın müşaviridir”, deyə yazan “Joxovurd” əlavə edib ki, bənzər nümunələr kifayət qədərdir və bu məsələni gələcəkdə də ictimaiyyətin nəzərinə çatdırmaqda davam edəcək.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə