“Biz İrəvan merinin Ayk Marutyan, Poqos və ya Petros olduğu ilə maraqlanmırıq, biz maaşımızla maraqlanırıq”. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu "Sanitek" işçisi deyib.
Öz maaşlarının ödənilməsini tələb edən "Sanitek" işçilərinin etiraz mitinqi İrəvan Bələdiyyəsi qarşısında davam edir.
“Biz sadəcə, maaşlarımıza görə gəldik. İrəvan merinin Hayk Marutyan, Poqos və ya Petros olduğu ilə maraqlanmırıq, yalnız maaşımızla maraqlanırıq”, deyə işçilərdən biri etirazını bildirib.
O, həmçinin qeyd edib ki, bu qədər polis qüvvəsini meriya qarşısında toplamağa ehtiyac yoxdur, çünki onlar pəncərə və qapıları sındırmaq üçün buraya gəlməyiblər, sadəcə bələdiyyə başçısı ilə görüşmək istəyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB