Hafiz Hacıyev: "AXCP və "Milli Şura" sədrləri sil meymundurlar"
Zaman-zaman, sərsəm iddialarla çıxış edən "Milli Şura"nın sədri Cəmil Həsənli növbəti sərsəmliyini nümayiş etdirir. Bu da, təbii haldır. Qarnının bir azarı var: nəyin bahasına olursa-olsun, hakimiyyətə qarşı qarayaxma kampaniyaları aparmaqla, nə qədər şərəfsiz və böhtançı olduğunu sübuta yetirməkdir. Azərbaycandan kənarda fəaliyyət göstərən qərəzli media qurumlarına müsahibələrində də yalanın birini bir qəpikdən sırıyan C.Həsənli hakimiyyətə qarşı ittihamlarını o dərəcədə artırır ki, hətta ondan müsahibə alan xarici media qurumları belə, bu yalanlardan təəccüblənirlər.
"Amerikanın səsi"nə verdiyi müsahibəsində açıq-aydın çirkin niyyətini nümayiş etdirərək C.Həsənli bildirib ki, Azərbaycanda terrorla mübarizə düzgün aparılmır. Ay C.Həsənli, bir də deyirsən ki, "professorsan". Sən hələ də bu günə kimi anlamırsan ki, təhlükə saçan terrorçu, hüquq-mühafizə orqanlarının təslim olmaq çağırışlarına və əmrinə cavab vermirsə, o zaman həmin cinayətkar yerindəcə güllələnməlidir. Ancaq C.Həsənli bunu qəbul etmir və deyir ki, güllələnməməlidir. Ancaq onu demir ki, ABŞ-da bir ildə nə qədər silahlı cinayətkarların yerindəcə güllələnməsi faktı var. Niyə bu barədə danışmır? Bəlkə ağlını itirib? Yox! Çünki belə bir sərsəm iddia Həsənlinin dünyagörüşünün olmadığını, təcrübəsiz və naşı siyasətbaz olduğunu kifayət qədər isbatlayır.
Yeri gəlmişkən, o da bəllidir ki, bu gün Azərbaycan xalqı Ermənistanın təcavüzkar və işğalçılıq siyasətindən əziyyət çəkir, işğal nəticəsində, 1 milyondan çox vətəndaşımız doğma yurd-yuvalarından məhrum olub. Onların hüquqları pozulub, xüsusilə, Ermənistanla yanaşı, Qarabağdakı terrorçu rejim yüzlərlə insanlarımıza qarşı terror siyasəti yürüdüb, onları amansızlıqla qətlə yetirib. Görəsən, C.Həsənli "Amerikanın səsi"nə bu barədə niyə danışmır?
Hafiz Hacıyev: "Cəmil Həsənli ilə Əli Kərimli demokratiyanı anarxiya kimi qəbul edirlər"
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, demokratiyanı bəziləri anarxiya kimi qəbul edirlər: "Bu gün, görün, demokratiyadan bizə kim dərs deyir? Satqın, alçaq, məviyyatsız və əxlaqsız Ə.Kərimli və C.Həsənli. Yararsız adam sizin kimi parpzitlərdir".
H.Hacıyev çıxışı zamanı C.Həsənlini "xoruz baba" adlandıraraq, bildirib ki, bax, budur belələrinin xisləti - öz mənfəətləri üçün terrorçuları "vətəndaş" amili ilə dəyişib, qara-qışqırıq salmaq, həyasızlıq etmək ənənələri! Bax, budur rəzalət. Bütün deyilənlərdən belə nəticə çıxır ki, rəzalətin başında elə Əli Kərimli və Cəmil Həsənlinin özü dayanır: "Belə bir ifadə var: bəzi itlər onu yemləyənin əlini dişləyər, onu təpikləyənin isə çəkməsini yalayar. AXCP sədri Ə.Kərimli və onun "banditos" dəstəsi Vətəndən, millətdən və demokratiyadan çox danışsa da, həmişə sözləri əməllərinə zidd olub. Ə.Kərimli ilə C.Həsənlinin siyasi karyerası, əslində, sonsuz xəyanətlər, qisaslar, intriqalar toplusudur: o, Azərbaycanda hakimiyyətə gəlmək üçün ölkənin və millətin düşmənləri ilə də separat danışıqlar aparıb, sövdələşib, "maliyyə dəstəsi" və qrantlar qismində paylar alıb, üzərinə öhdəliklər götürüb, sonra hakimiyyətlə danışıqlara can atıb, yenə vədlər verib, amma sonda hamını aldatmağa çalışıb. Bax, budur əxlaqsızların düşüncələri. Ayıbdır, belə müqayisələr aparmaqdansa, abırınıza qısılın. Belə müqayisəsini aparmaq isə, sadəcə, düşüklük və çarəsizlikdir".
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB