Yaxud, o necə “Türkel Oğuza” çevrildi?
“Milli Şura”nın koordinasiya mərkəzinin üzvü Gültəkin Hacıbəylinin özünü az qala Janna D Ark kimi təqdim edərək, müxalifətin “ən mübariz və qorxmaz qadını” obrazını canlandırmaq cəhdi kimsəyə sirr deyil. Əslində, bu vasitə ilə, yəni siyasi artistizm yolu ilə özünə divident qazandırmağa cəhdlər göstərən G.Hacıbəylinin keçmişi də hər kəsə məlumdur. Yəni onun deputat olarkən, vəzifəsindən sui-istifadə edərək, müxtəlif maxinasiyalarla torpaq biznesindən tutmuş digər məsələlərinə qədər bütün qanunsuzluqları kifayət qədər ictimailəşdirilib.
Əli Kərimlinin trolluq xeyir-duasını aldı, amma...
Düzdür, G.Hacəbəyli hazırda “Milli Şura”da və AXCP sədri Əli Kərimlinin yan-yörəsində var-gəl edib, sosial şəbəkələrdə fəallıq göstərməklə gündəmdə qalmağa çalışır. Ancaq onun bu fəaliyyəti izafiləşdikcə, daha çox qaranlıq əməlləri üzə çıxmağa başlayır. Məsələn, sirr deyil ki, başda Ə.Kərimli olmaqla, onun özünün və ətrafının bir neçə dənə saxta profilləri mövcuddur. Onun siyasi partiya sədrindən blogerlik “sənətinə” də yiyələnməsi, habelə trolluq etməsi də gizlin deyil. Eləcə də G.Hacıbəylinin də trol kimi fəaliyyəti kifayət qədər bəlli olsa da, o hər vəchlə həmin fəaliyyətini gizlətməyə çalışıb, hətta zaman-zaman bunu bacarıb da. Ancaq yalanın ayaq tutub yeriməməsi, ya da pozğunun ifşa olunması üçün uzağı 40 günün yetərli olması faktı da özünü isbatlayıb. Əgər G.Hacıbəylini hazırkı dövrə qədər müxtəlif siyasi fəallar ifşa edirdilərsə, bu dəfə onun özü-özünü açığa çıxarması məsələni daha da aktuallaşdırıb. Onun anidən isterikaya qapılaraq saxta profillə cavab yazması hər şeyi gün kimi ortaya qoyub.
İndi, qaçmağa heç bir yer də qalmayıb...
Bu arada, SİA daha bir ifşanı aşkarlayıb və həmin məsələni oxcularına təqdim edir. Belə ki, bu günlərdə ictimai-siyasi fəal Ruslan Məmmədzadə Gültəkin Hacıbəylinin Feysbukda trol səhifəsi işlətdiyini ifşa edib. İfşa olayı isə bu cür baş tutub ki, politoloq Şahin Cəfərli statusların birində Gültəkin Hacıbəylinin saxta yolla deputat seçildiyini və sərvət topladığını qeyd edib. Buna cavab olaraq Gültəkin Hacıbəyli özünü itirib və isterikaya qapılıb, politoloqa Türkel Oğuz nikiylə cavab verib. Bu günə qədər ona qarşı ünvanlanmış müxtəlif ifşaedici ittihamları müxtəlif yollarla uzaqlaşdıran G.Hacıbəyli bu dəfə dalana dirənib. Yəni Türkel Oğuzun əslində Gültəkin Hacıbəyli olduğu məlum olub. Beləliklə, o, bu vasitə ilə trolbaşı Ə.Kərimlinin də kartlarını açığa çıxarıb. Yəni sübut edib ki, “Milli Şura”dakıların və AXCP-dəkilərin hər birinin bir neçə səhifələri var və həmin səhifələr saxta yollarla “Ə.Kərimlinin on minlərlə tərəfdarı” kimi göstərilir. Lakin indi qaçmağa heç bir yer də qalmayıb...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB