Tahir Rzayev: “Ermənistan ABŞ-da ciddi ölkə kimi qəbul olunmur” RƏY-ÖZƏL

Tahir Rzayev: “Ermənistan ABŞ-da ciddi ölkə kimi qəbul olunmur” RƏY-ÖZƏL

İşğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ səfəri uğursuz olmaqla yanaşı, qəsbikar ölkənin diplomatik fəaliyyəti də tamamilə iflasa uğraması ilə yadda qalıb. Paşinyanın Lo-Ancelese səfəri onun ifşasını daha qabarıq şəkildə nümayiş etdirib. Belə ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün sentyabrın 22-də Los- Anceles səmalarına ingilis dilində böyük hərflərlə “Karabakh is Azerbaijan! End the Occupation” (Qarabağ Azərbaycanındır! İşğala Son Qoy!) şüarını daşıyan təyyarələr qaldırılıb. Bütün günü Los- Anceles üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb. Millət vəkili Tahir Rzayev SİA-ya açıqlamasında bildirdi ki, Paşinyanın ABŞ səfərinin uğursuzluqla nəticələnməsi, ümumilikdə işğalçı ölkənin iflası, dünya dövlətləri tərəfində ciddi ölkə kimi qəbul olunması ilə əlaqələndirdi: “Paşinyanın hüquq normalarına zidd çıxışları, sərsəm bəyanatları, dövlət rəhbərinə yaraşmayan hərəkətləri ilə öz vəziyyətini gündən günə çətinləşdirir. Daxili qarşıdurmalar, əhalinin xaricə köç etməsi, iqtisadiyyatın çökməsi, xarici dövlətlər ilə əlaqələrin zəifləməsi ölkədəki, böhranı dərinləşdirib. Başlıcası isə, erməni xalqı artıq öz rəhbərinin populist çıxışlarına, əhəmiyyətsiz siyasi gedişlərinə, gələcəyi görünməyən vədlərinə inanmır. Paşinyan öz səhvlərini komandasına daxil olan vəzifəli şəxsləri işdən azad etməklə, Qarabağa səfərləri, şit rəqsləri, millətçi ifadələrlə sığortalamağa çalışsa da real hadisələr, insanların münasibəti baxımından onun vəziyyətini ağırlaşdırıb. Ermənistanda vəziyyəti kəskinləşdirən, qarşıdurmalar yaradılan baş nazirin Qarabağ seporatçılarına lazımı dəstək verməsi və bunla da qondarma “DQR”da hadisələri nəzarəti ələ alması real görünmür. O, daxildən və xaricdən ciddi təsirlərə məruz qalmaqdadır”. Millət vəkilinin sözlərinə görə, Paşinyan hər vəclə Qarabağ mafiyasından-Köçəryan və Sarkisyandan yaxa qurtarmağa çalışdığı bir dövrdə artıq Yerəvanda ona qarşı müəyyən qruplaşmalar baş qaldırmaqdadır: “Belə bir vəziyyətdə o Ter Petrosiyanla gizli danışıqlar aparmaqla və xaricidə yaşayan ermənilərin etimadını qazanmaqla düşdüyü bataqlıqdan xilas olmağa cəhd göstərir. Ancaq qonşu dövlətlərlə Azərbaycan, Gürcüstan, Türkiyə eləcə də son vaxtlar Rusiya ilə ciddi problemlər yaşanan ölkənin rəhbəri heç cürə vəziyyəti yoluna qoya bilmir və öz fəaliyyətsizliyi ilə erməni xalqını uçuruma aparır. Ölkədə yaranmış iqtisadi, siyasi durum artıq bir çox erməni siyasətçilərini, ziyalılarını, ekspertlərini narahat etməkdədir. Onların çıxışları, bəyanatları, erməni xalqına müraciətləri Paşinyan hakimiyyətinin ömrünün sona yetişməsindən xəbər verir. Bir çox müraciətlərdən Ermənistanın bütün sahələrdə Azərbaycana uduzması fikirlərini səsləndirməsi təsadüfü deyil və bu dövlətimizin uğurlarının nəticəsi kimi qiymətləndirilməlidir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə