"Artıq ölmüş Minsk prosesi var və bu qrupda Fransanı Avropa Birliyinin əvəzləməsi yaxşı olardı". SİA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bunu Britaniyanın "Chatham House" ("Çatam Haus") Beynəlxalq münasibətlər institutunun eksperti Ceyms Niksi bildirib. O, qeyd edib ki, münaqişənin həlli üçün hər iki tərəfin problemə son qoymaq istəyi lazımdır.
Onun sözlərinə görə, Qərb Qarabağ probleminə lazımi diqqət göstərmir: "Sanki bu diqqət üçün Ruanda, Kosovo və ya İraqdakı kimi dəhşətli nələrsə baş verməlidir. Dağlıq Qarabağ münaqişəsi Cənubi Osetiya, Abxaziya və Dnesrtyanı problemlərlə müqayisədə daha təhlükəlidir. Amma Qərbin diqqəti daha çox Qarabağ yox, İrana, İraqa, Əfqanıstana yönəlib. Mən Qafqaz üzrə ekspert olaraq düşünürəm ki, bu, pis haldır. Qərbin Qarabağa lazımi diqqət göstərməməsi çox pisdir. Sanki bunun üçün Ruanda, Kosovo və ya İraqdakı kimi dəhşətli nələrsə baş verməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB