Lənkəranda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin yeni regional binası istifadəyə verilib- FOTO
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinin yeni inzibati binasının açılışı olub.
SİA-nın cənub bürosunun məlumatına görə, yeni bina Azərbaycan hökuməti və Dünya Bankı arasında imzalanmış kredit sazişi çərçivəsində ayrılmış vəsaitlər hesabına inşa edilib. Binanın açılışında iştirak edən ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov bildirib ki, ən müasir texnologiyalarla təchiz olunmuş binanın açılışında məqsəd vətəndaşlara göstərilən xidmətin səviyyəsinin qaldırılması, bu sahədə operativliyin, şəffaflığın daha da artırılmasıdır: "Artıq mənzillərə forma 1 verilərkən texniki baxış, müayinə olunmayacaq. Bu sistem artıq yanvar ayının 28-dən tətbiq olunmaqdadır. Bunun tətbiqi vətəndaşlara vaxt itkisinin aradan qaldırılmasına, vətəndaşlara xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına imkan verəcək".
Üçmərtəbəli, 16 otaqlı yeni binanın strukturu bura müraciət edən vətəndaşlara keyfiyyətli xidmətin təşkilinə,onların rahatlığının təmin olunmasına, vaxt itkisinin aradan qaldırılmasına imkan yaradır. Yeni bina ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilib, burada bütün iş və yüksək xidmət şəraiti yaradılıb.
Binada avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemi qurulub, qeydiyyatla bağlı izahedici, o cümlədən xidmət haqları və rüsumlar barədə məlumatlandırma lövhələri asılıb.
Qeyd edək ki, Lənkəran Ərazi İdarəsində 31 nəfər çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB