Vanesyanı istefaya göndərməyin səbəbi çevriliş qorxusudur

Vanesyanın vəzifədən getməsinə səbəb əvvəlki hökumət nümayəndələri ilə ünsiyyətdə olması olub. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazır.
Qəzeti yazır ki, keçmiş Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan öz istefası ərəfəsində bəzi müxalif dairələr tərəfindən baş nazir postuna ən arzu olunan növbəti namizəd hesab olunurdu. Çoxları hətta ümid edirdi ki, daxili çevrilişi məhz o edəcək və bu vəziyyətdə keçmiş hökumətin nümayəndələrinə münasibət daha yaxşı olacaq.
Nəşrin yazdığına görə, həqiqətən də istefaya qədər Vanesyan bu dairələrlə bir neçə dəfə ünsiyyət saxlayıb və indi o özü belə hesab edir ki, bu əlaqələr onun işdən çıxarılmasına səbəb olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə