Rusiya prezidenti Vladimir Putin erməni baş nazir Paşinyanın təkbətək danışıqlar barədə təklifini "rədd edir". SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “168 Jam” qəzeti yazır.
Qəzet yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanda təkbətək görüş barədə təklifi Rusiya prezidenti Vladimir Putin tərəfindən rədd edilir. Yazıda qeyd olunur ki, Rusiya lideri Avrasiya İqtisadi Birliyi Ali Şurasının iclasında iştirak etmək üçün oktyabrın 1-də Ermənistana səfər edəcək. Qəzet öz mənbələrinə istinadən xəbər verir ki, Rusiya prezidenti Ermənistanda cəmi bir neçə saat olacaq və hətta görüşdən sonrakı rəsmi nahar yeməyinə də qatılmayacaq. Qəzet təsdiq edir ki, Ermənistan tərəfi ikitərəfli görüş təklifi etsə də, Rusiya bu təklifi indiyədək rədd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə