İlqar Orucov: ““Milli Şura” adlı qaraguruh insanları iyrənc söyüşlərlə təhqir etməkdədirlər ” RƏY-ÖZƏL

““Milli Şura”nın mitinq keçirmək arzusu onların xaricdən aldıqları sifarişlə bağlıdır. Bu dəfə ki aksiya şousu ilə artıq bir neçə gündür sosial şəbəkələrdə paylaşımlar edirlər”. Bunu SİA-ya açıqlamasında AGAAMC-in sədri, Fəlsəfə doktoru İlqar Orucov deyib. Onun sözlərinə görə, “Milli Şura” adlı qaraguruh və onun ideoloqlarının trollar dəstəsi bu aksiyanın uğursuz cəhd olması barədə arqument ortaya qoyanları tərbiyələrinə uyğun formada iyrənc söyüşlərlə təhqir etməkdədirlər: “Mənim facebookda istifadə etdiyim şəxsi inboksuma Əli Kərimli barədə tənqidi fikirlərimə görə təhqirlər, böhtanlar və söyüşlər yazmaqda davam edirlər. Bütün bunlar bir daha onu sübut edir ki, bu adamlar sosial bazaları olmayan bir qrup başıpozuq dəstədir. Kimdir onları dəstəkləyən? Kimdir onların aksiyasına qoşulan? Təbii ki, özlərindən başqa aldatdıqları bir qrupdan başqa heç kim. Hər hansı bir aksiyanı zəruri edən, onun keçirilməsi üçün lazım olan zərurətin olması ilə şərtlənir. Məsələ ondadır ki, bu gün ölkədə mövcud iqtidarın siyasətində insanlarımızı narazı salan hansısa məqamlar yoxdur. O səbəbdən hər hansı aksiya üçün də zəmin yoxdur. Azərbaycan iqtidarı hər zaman xalqa ünvanlanmış sosial siyasət həyata keçirir və son bir ildə həyata keçirilən islahatlar, qəbul edilmiş qərarlar, sərəncam və fərmanlar, qanunvericiliklə bağlı dəyişikliklər hakimiyyətin reallaşdırdığı sosial inqilab idi və bizim uğursuz “Milli Şura” bu islahatların səbəbi qismində belə öz uğursuz aksiyalarını, arqumentsiz tələblərini göstərməyə cəhd edirlər. Onlar anlamırlar ki, “mən hər bir azərbaycanlının prezidenti olacağam” şüarı ilə prezident seçkilərinə qatılan dövlət rəhbərimizin həyata keçirdiyi istənilən islahatın təməlində müxalifətin hansısa təzyiqi və görüntü xarakterli siyasi şouları deyil, formalaşmış güclü iqtisadiyyat, siyasi stabillik və vətəndaşla iqtidar arasında mövcud qarşılıqlı inam və etimad dayanır”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə