Lerikdə ötən ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib

Lerikdə ötən ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib

Lerik rayonunda 2010-cu ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov "2010-cu ilin yekunları" ilə bağlı hesabat məruzəsi ilə çıxış edib.

Natiq bildirib ki, respublikamızda olduğu kimi Lerik rayonunda da quruculuq-abadlıq işləri böyük vüsət alıb. Qısa vaxtda cənab Prezidentin Lerikə etdiyi üç tarixi səfər rayonumuzun tarixinə qızıl hərflərlə həkk olunub. Cənab Prezidentin diqqət və qayğısı nəticəsində Lerikdə böyük quruculuq-abadlıq işləri aparılıb.

25 iyun 2010-cu il tarixində açılışında Prezident İlham Əliyevin də iştirak etdiyi Heydər Əliyev Mərkəzi, Heydər Əliyevin möhtəşəm abidəsi, Heydər Əliyev parkı, Dövlət Bayrağı Meydanı, Uzunömürlülər muzeyi əsaslı təmir edilmiş, rayon mədəniyyət evi, rayon mərkəzi xəstəxanası sakinlərin istifadəsinə verilirib.

Prezidentin Lerik şəhərində inşa edilmiş sosial obyektlərin açılışında iştirakı, ictimaiyyətin nümayəndələri ilə görüşündə rayonda görülmüş işlərə verdiyi yüksək qiymət hər bir lerikliyə unudulmaz təsir bağışlayıb.

Məruzə ətrafında rayon maliyyə idarəsinin rəisi Elman Abbasov, rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, rayon prokuroru Salman Səmədov, Elektrik Şəbəkəsinin rəisi İxtiyar İmanov, Əliabad bələdiyyəsinin sədri Rəhim Bədəlov, Gənclər və İdman İdarəsinin rəisi Rövşən Rüstəmov, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Vəligülla Alışov çıxış ediblər.

Tədbirdə Milli Məclisin üzvü İqbal Məmmədov, Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mikayıl Hüseynov iştirak edib.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyevə müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə