Ermənistan Parlamentinin spikeri günahlandırıldı

Ermənistan Respublikaçılar Partiyası sədrinin müavini, Milli Məclisin keçmiş deputatı Armen Aşotyan Konstitusiya Məhkəməsi ətrafındakı vəziyyətlə əlaqədar Ermənistan Parlamentinin spikeri Ararat Mirzoyanın açıqlamasına reaksiya verib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Armen Aşotyan Ermənistan Parlamentinin spikerini Amulsar məsələsində manevr etməkdə, məsuliyyətdən boyun qaçırmaqda günahlandırıb.

"Başa düşdük ki, Ermənistanın Milli Məclisini çətin tərbiyə olunan uşaqlar üçün uşaq baxçasına çeviriblər. Ancaq sən bir ciddi insansan, niyə qayğısız başını erməni demokratiyasının qurbangahına qurban verməlisən? Bundan sonra sivil dünyaya ölkənin qanunverici qolunun məhkəmə hakimiyyətini məhv etmək üçün icra hakimiyyətinə qoşulmasını necə izah edəcəksən? Demokratiyanın bu zirzəmisinin divarlarından çıxın, daşlar artıq yıxılır, siz onların altında qalacaqsınız”, deyə Armen Aşotyan yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə