İrəvan Dövlət Universiteti əmək müqavilələrini yalnız "özününkü" hesab etdikləri ilə bağlayacaq. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə gündəlik "Jamanak" qəzetində yazı dərc olunub.
Qəzet yazır ki, İrəvan Dövlət Universitetinin yeni rəhbərliyi bir neçə min işçisi ilə bağlanmış əmək müqavilələrinə bu ilin 31 dekabrında xitam verəcək və bundan sonra əmək müqavilələrini yalnız "özününkü" hesab etdikləri ilə bağlayacaq.
Nəşrin bildirdiyinə görə, hətta universitetin rəsmi nümayəndəsi sayılan Karen Ekimyan universitetə qarşı məhkəmə iddiası qaldıraraq, əmrinin etibarsız elan edilməsini tələb edib. Universitetə qarşı digər məhkəmələr də açılıb.
Görünür, "özününkü" saydıqları ilə işləmək ənənəsi Ermənistanın təhsil sferasına da siraət edib və Paşinyan komandasının taktikası bütün sahələr üçün “nümunə” ola bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB