Qeyri-qanuni daş mədən şirkəti Ermənistan dövlətinə 96 milyon dram ziyan vurub. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Baş Polis İdarəsinin Korrupsiya və İqtisadi Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə mədən şirkətinin 2013-2015-ci illərdə qanunla qadağan olunmuş fəaliyyətlərini mineral ehtiyatların istifadəsi və qorunması qaydalarını pozaraq və xüsusi icazə olmadan həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub.
Məlumata əsasən və istintaq zamanı mövcud məlumatlara görə, şirkət 2013-cü ildə də oxşar vəziyyətdə olub. Bu dövrdə ümumi sahəsi 2649.6 kvadratmetr olan travertin filizi hasil edilib. Onlardan 9717,9 kubmetri müvafiq qeydlər olmadan nağd şəkildə satılıb. Mövcud məlumatlara görə, Ermənistan dövlətinin büdcəsinə təxminən 95,797.000 dram maddi ziyan vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB