Daşkəsən rayonunda 16 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu barədə Daşkəsən rayon İcra Hakimiyyəti Aparatından məlumat verilib.
Bildirilib ki, binaya əsasən qəzalı mənzillərdə yaşayan əhali köçürüləcək. Tikili Fövqəladə Hallar Nazirliyinin xətti ilə aparılır. Binanın may ayında istifadəyə verilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB