"Azərbaycan xalqı bunu öz həyatında hiss edəcək" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan xalqı bunu öz həyatında hiss edəcək" ÖZƏL-MÜNASİBƏT

"Ölkə başçısı İlham Əliyev tərəfindən artıq ikinci sosial paket qəbul olunub və sentyabrın 1-dən bunun icrasına başlanılıb. Ümumilikdə, cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasət xalqımızın rifah halının, ən əsası isə imkansız ailələrin, sosial qayğıya ehtiyacı olanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına hesablanıb. Bu baxımdan hesab edirəm ki, ölkə rəhbərinin bu sərəncamları çox düzgün və vaxtında verilmiş bir qərarlardır. Belə ki, sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqqlarında 20-50 faiz artımlar edilib". Bunu SİA-ya politoloq Fikrət Sadıqov deyib.

Politoloqun sözlərinə görə, yaxın zamanda Azərbaycan xalqı bunu öz həyatında hiss edəcək: "Təbii ki, bu, dinamik prosesdir və müəyyən zaman keçdikdən sonra yenə də belə addımlar atılacaq. Ümumi göstəricilərə baxdıqda və keçmiş SSRİ respublikaları ilə müqayisə etdikdə bunu ən yüksək göstəricilərdən biri kimi hesab etmək olar”.

F.Sadıqov qeyd etdi ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi ikinci sosial paketin tərkib hissəsi kimi minimum əməkhaqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumilikdə 1 milyon 350 min insanın gəlirlərinin əhəmiyyətli şəkildə artması ilə nəticələnib: “Prezident tərəfindən imzalanan bu sərəncamlar çox müdrik, humanist, uzaqgörən, xalqın maraqlarına və mənafeyinə xidmət edən sosial paketdir. Bu, həqiqətən xalqın sosial rifahının yaxşılaşdırılması sahəsində inqilabi dəyişikliklərdir. Sözügedən sosial paketlə bağlı dövlət büdcəsindən iki il ərzində 5,3 milyard manat vəsait ayrılacaq. Bütövlükdə bu sosial paket Azərbaycan iqtidarının, cənab İlham Əliyevin yürütdüyü siyasətin əsas elementlərindən biridir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə