“Vətəndaş Müqaviləsi”nin iclasında Anna Akobyan Hayk Sarkisyana öz yerini göstərib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “İrates” qəzetində yazı dərc edilib.
"İrates" qəzeti yazır ki, bir il belə keçməyib və parlament çoxluğu artıq hissələrə parçalanır və dağılır ki, bunu ilk gündən də proqnozlaşdırmaq olardı. Kimə aydın deyildi ki, əqidəsiz, hansısa məsələdə fikir ortaqlığı olmayan və qanunvericilikdən xəbərsiz insanlar bir yerdə işləyə və komanda formalaşdıra bilməz. Bu gün partiya iclaslarının bir-birini necə sürətlə və hansı tempdə əvəzlədiyini izləmək hətta gülməlidir, amma yenə də onlar heç nə bilmirlər.
Nəşr qeyd edir ki, “Vətəndaş Müqaviləsi”nin iclaslarında əhval-ruhiyəni yaradan Nikol Paşinyan, Lilit Makunts və Anna Akobyan olmaqla, üç nəfərdir. Məluma olduğu kimi, sonuncu, partiya məsələləri ilə də məşğul olur.
Ötən gün görüş zamanı, Annanın iştirakı ilə olduqca əlamətdar bir hadisə baş verib və o Hayk Sarkisyana öz yerini göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB