“Ə-ə-ə-li-i-i bəy” şüarı “Ə-ə-ə-li-i gey” şüarına necə çevrilə bilər? TƏRS BAXIŞ
Yaxud, təki şüar olsun, məzmunu maraqlı deyil
Homoseksualların, narkomanların və s. bənzər xəstəliklərə mübtəla olanların belə bir şakərləri var – nəfslərini təmin etməyincə, istədiklərini almayınca əl çəkməmək. Yəni həmin xəstəliklər belələrinin canlarına o qədər hopub ki, nəyin bahasına olursa-olsun, hətta oğurluq, quldurluq, şərəf və ləyaqəti satmaq kimi amillər onlar üçün 2x2-dir. Zatən sadalanan üstünlüklər bu kimi tiplərdə olmur. Amma məsələnin digər tərəfi də ondan ibarətdir ki, arzularına çata bilməyəndə həmin tiplər daha da aqressivləşir, ətraflarındakına diş qıcayır, hətta diş də atırlar. Belə bir bənzər xarakterlər axecepe şefi Əli Kərimlidə kifayət qədərdir.
Ayə, görəsən bu Kərimli nə qələti edib ki, cəbhəkratlar yığnağı onun bəy tərifini ərşə qaldırıblar?
Misal üçün, hələ yayın əvvəllərindən mitinq keçirmək üçün BŞİH-yə dəfələrlə müraciət etsələr də, rədd cavabı alan AXCP-“Milli Şura” cütlüyünün xəstə təfəkkürlü lidercikləri məcbur olub-kənara çəkildilər. Onlar mitinq şüarlarını sosial şəbəkələrə transfer edərək, bəytəriflərini feysbukda, yutubda davam etdirdilər. Trollar çoxsaylı profilləri ilə Əli Kərimlinin bir statusu altına o qədər çox “Ə-ə-ə-li-i-i bəy” şüarları yazıblar ki, adam qalır məəttəl. Ayə, görəsən bu Kərimli nə qələti edib ki, cəbhəkratlar yığnağı onun bəytərifini ərşə qaldırıblar?
Bax, burada belə bir məsələ ortaya çıxır. Ə.Kərimli istədiyinə nail ola bilmədiyi üçün, mitinq arzusunu sosial şəbəkələrə transfer edib və bununla da özünü “qalib” hiss edib. Necə ki, homoseksuallar və narkomanlar öz istəklərinə çata bilmədiklərinə görə ən qeyri-insani davranışlara əl atıb “kayflarını” təmin edirlərsə, AXCP sədri də belə məsələlərdən necə deyərlər, həzz alır. Elə sanır ki, dağı qaldırıb qoyub digər dağın üstünə...
Geylər o vaxt nəyə görə axecepeçilərin sədrini bu cür qızğınlıqla müdafiə edirdilər?
Fəqət, birdən hər şey dəyişilə bilər. Hətta şüarlar da. Misal üçün, “Ə-ə-ə-li-i-i bəy” şüarı “Ə-ə-ə-li-i gey” şüarına çevrilə bilər. Əsas odur ki, şüar olsun, daha məzmunu-filanı maraqlı deyil. Onsuz da ki, illər öncə belə məsələlər gündəmi zəbt etmişdi. 2003-cü ilin prezident seçkiləri ərəfəsində bir qrup geyin AXCP-nin qərargahı qarşısına gedib, Ə.Kərimliyə dəstək göstərmələri özündə bir çox məqamlardan bəhs edir. Yaxud, sual edilə bilər ki, geylər o vaxt nəyə görə axecepeçilərin sədrini bu cür qızğınlıqla müdafiə edirdilər?
Beləliklə, ümid etmək olar ki, əgər BŞİH “Milli Şura”-AXCP cütlüyünə mitinq icazəsi verəcəksə, həmin mitinqdə yeni şüar mütləq olacaq - “Ə-ə-ə-li-i gey” şüarı...
Rövşən RƏSULOV
P.S. Sabah-birigün mitiqlərinə narkomanlar da qatılıb “Ə-ə-ə-li-i kayf” şüarı səsləndirsələr bundan da təəccüb etmək olmaz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB