Rusların qəzəbindən qorxan ermənilər təlaş içindədirlər

Rusların qəzəbindən qorxan ermənilər təlaş içindədirlər

Şişkinə Ermənistanda sığınacaq verilməsi cavabsız qala bilməz. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Fakt” qəzetində yazı dərc edilib.

“Fakt” qəzeti yazır ki, Rusiyalı bir fəal Vitaliy Şişkinin Ermənistandan sığınacaq alması , bəzi ekspertlərin fikrincə, Rusiya tərəfindən cavabsız qalmayacaq. Xüsusilə bəzi erməni politoloqlar Rusiyanın Ermənistan pasportlarının ölkəyə girişini qadağan edə biləcəyindən narahatdırlar. Yeri gəlmişkən, Şişkin Ermənistana Rusiya pasportu ilə gəlib, çünki ölkəni tərk etmək üçün onun pasportu olmayıb.

Əslində, Ermənistan hökuməti 2017-ci ildə Rusiya ilə vizasız sazişdə Rusiya vətəndaşlarının Ermənistana daxili pasportları ilə gələ biləcəkləri dəyişiklik təklifini təsdiqləyib və bu qərar Rusiya vətəndaşlarının sənədləşdirmə prosesinin asanlaşdırılması, Rusiyadan Ermənistana turizm axınının artırılması üçün idi.

Ekspertlərin fikrincə, Ermənistan Xarici İşlər Nazirliyi Vitaliy Şişkinə sığınacaq verilməsi kimi düşünülməmiş addımın mümkün nəticələrini azaltmaq üçün Rusiya ilə fəal işləməlidir. Nəzərə alsaq ki, Rusiya vətəndaşlarının əksəriyyəti daxili pasportları ilə Ermənistana gəlirlər, bu baxımdan Ermənistana daxili pasportlarla səfər etmək imkanının aradan qaldırılması əslində, turizm üçün həqiqətən də ciddi zərbə ola bilər. Bir sözlə, rusların qəzəbindən qorxan ermənilər ciddi təlaş içindədirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə