Paşinyanı dəstəkləyən inqilabçı fəal ABŞ-da pedofiliyada günahlandırılır. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Kaliforniyada yaşayan hüquq müdafiəçisi, araşdırmaçı jurnalist və Ermənistan Siyasi Forumu analitik mərkəzinin üzvü Ara Manukyan pedofiliyada ittiham olunur.
Məlumatda qeyd olunur ki, bu barədə öz Facebook səhifəsində istifadəçi Raffi Şişoyan yazıb. Məlumata əsasən, Ara Manukyan 6 Avqust 2019-cu il tarixində seksual xarakterli cinayətlərdə, xüsusən də pedofiliyada ittiham edilib. Kaliforniya Cinayət Məcəlləsinə əsasən, ittiham 14 yaşına çatmamış, bir sözlə yetkinlik yaşına çatmayan şəxslə əxlaqsız hərəkətlərə görə irəli sürülüb.
Facebook istifadəçisi yazır ki, bu, ictimai qeyddir və bütün insanlara, həmçinin təşkilatlara cinayətkar Ara Manukyan ilə münasibətlərinə yenidən baxmağa və övladlarının təhlükəsizliyini təmin etməyə çağırışdır.
Ara Manukyana qarşı qətimkan tədbiri olaraq, 1mln. 330 min dollar girov təyin edilib və onu 10 ilə qədər həbs cəzası gözləyir.
Tert.am bu yazının müəllifi Raffi Şişoyan ilə əlaqə yaratdığı zaman, Facebook şəbəkəsinin sözügedən istifadıçi, sənədləri açıq mənbələrdən - Kaliforniya məhkəməsindən və polisdən əldə etdiyini bildirib.
“Mən uzun müddətdir Ara Manukyanın fəaliyyətini izləyirəm və bilirəm ki, o ABŞ-dakı bütün erməni icmasını parçalayıb. Bunu həm Ermənistandakı inqilabdan əvvəl, həm də sonra edib. Əvvəllər Sasna Tsrer hərəkatını müdafiə edən Ara Manukyan, indi Paşinyan hökumətini dəstəkləyir”, deyə Raffi Şişoyan açıqlama verib.
R.Şişoyan Ara Manukyana qarşı qaldırılan ittiham maddələrini də yayımlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB