Elmar Məmmədyarov Xorvatiyanın yeni təyin olunmuş səfirini qəbul edib

Elmar Məmmədyarov Xorvatiyanın yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Respublikasının Xarici İşlər NaziriElmar Məmmədyarov Xorvatiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Branko Zebiçi qəbul edib. SİA Nazirliyə istinadən xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edərək, ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla qeyd ediblər.

Səfir Branko Zebiç etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. Nazir Elmar Məmmədyarov Xorvatiyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə