Ermənistanda eks-prezidentin hüquqlarının pozulduğu etiraf edilib
Konstitusiya Məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın hüquqlarının pozulduğunu müəyyən edib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın Konstitusiya Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Köçəryanın müraciətini qismən təmin edib.
Məlumatda deyilir ki, Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan məhkəmə qərarını oxuyub. Həmçinin, Konstitusiya Məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 35-ci maddəsini etibarsız elan edib. Qərarın ikinci abzasına görə isə, Ermənistan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsi Konstitusiyaya uyğundur.
Bundan əlavə, Konstitusiya Məhkəməsinin hakimləri Feliks Tokhyan və Arman Dilanyanın yaxın gələcəkdə yayımlayacaqları xüsusi rəylər də var.
Konstitusiya Məhkəməsinin qərarı qətidir və elan edildikdən dərhal sonra qüvvəyə minir. Sənəd üç gün ərzində dərc edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB