Yaxın Şərqdəki hadisələr neftin qiymətinə təsir etməkdə davam edir
Liviyda baş verən son hadisələr neftin qiymətinə birbaşa təsir edib. SİA-nın məlumatına görə fevralın 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 1,99 dollar artaraq 1 barelə görə 91,70 dollar təşkil edib.
Fevralın 21-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,7 dollar artaraq 103,69 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB