"Ümumiyyətlə, dövlət rəhbəri bəyanat verəndə, qərar qəbul edəndə gərək reallıqlara arxalansın və düşünülmüş, perspektivi olan, həqiqəti əks etdirən bəyanatlar versin. Amma Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətə gələndən bəri biz bunu onda görmürük. Çünki o sərsəm bəyanatlar verir". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rayev deyib.
"Hətta bəzən görürsən ki, o verdiyi sərsəm bəyanatları etiraf edir və həqiqətə uyğun olmadığını söyləyir. Bu gün artıq dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Beynəlxalq təşkilatlar - BMT və s. hamısı bildirir ki, Qarabağ Azərbaycan torpağıdır. Amma Paşinyan bunları inkar edir. Bu gün Ermənistanda etiraz dalğaları səngimək bilmir. Paşinyan siyasətçi deyil və düşünülmüş bir fikri yoxdur. O konkret mövqe ortaya qoymur. Paşinyan sadəcə olaraq oyuncaq hakimiyyət qurub. Bu mənada onun verdiyi bəyanatları heç kim ciddi qəbul etmir"-deyə, T.Rzayev fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB