"Sosial problemlər artdıqca Ermənistanda etirazlar baş qaldırır" ÖZƏL-MÜNASİBƏT
"Paşinyan həmişə olduğu kimi vaxtı-vaxtında xırda-xırda səslənmələri ilə gündəmə gəlir ki, ətrafı onu hakimiyyətdə olduğunu bilsinlər". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Deputatın sözlərinə görə, işğalçılıq siyasətini davam etdirən Paşinyan hakimiyyəti çökmək ərəfəsindədir, iqtisadiyyatı artıq tənəzzülə uğrayıb: "Ölkədə yoxsulluq, acınacaqlı sosial-iqtisadi durumun həddindən artıq zəif olması Ermənistanda sosial vəziyyəti daha da çətinləşdirib. Nikol Paşinyanın həyata keçirdiyi siyasət Ermənistanı günü-gündən geriyə aparır, mütəqilliyin itirilməsi təhlükəsi ilə üzləşir. Sosial problemlər artdıqca Ermənistanda etirazlar baş qaldırır. Bunların qarşısını qisməndə olsa almaq üçün Paşinyan məcburdur ki, sərsəm bəyanatlar versin, əhalinin diqqətini başqa istiqamətə yayındırsın. Paşinyanın bu cür işğalçılıq siyasətinin davam etdirilməsi hələ ki, havadarlarına söykəndiyini hiss etdirir. Zaman göstərir ki, ehtiyac olarsa yaxın vaxtlarda güclü Azərbaycan ordusu öz sözünü deməklə Paşinyan arzularını qoymağa yer tapmayacaq. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB