Yaxın günlərdə Ermənistanın İstintaq Komitəsində istefa gözlənilir. SİA-nın məlumatına görə, bu barədə "Jamanak" qəzeti öz mənbələrinə istinadən yazır.
Qəzet yazır ki, yaxın günlərdə Ermənistanın İstintaq Komitəsində gözlənilən istefalar Amulsar məsələsi ilə əlaqədardır. Məlumata görə, işdən çıxarılacaqların siyahısı və Amulsar məsələsi üzrə istintaq qrupunun rəhbəri Yura İvanyandır. Hazırda İstintaq Komitəsinin sədri Hayk Qriqoryanın istefası məsələsi də müzakirə olunur. Qəzetin yazdığına görə, mümkündür ki, Amulsar məsələsində keçmiş məmurlar da məsuliyyətə cəlb edilsinlər.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB